26 aprel 2025 11:02
217

Qazaxıstanda "Mərkəzi Asiya-Çin" formatında XİN başçılarının görüşü keçirilir

Qazaxıstanın Almatı şəhərində "Mərkəzi Asiya-Çin" formatında xarici işlər nazirlərinin VI görüşü başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

İclas zamanı iştirakçılar siyasi dialoqun gücləndirilməsi, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı aktual məsələləri müzakirə edəcəklər.

Bundan əlavə, iclasın gündəliyinə müasir çağırış və təhdidlərə qarşı birgə mübarizə, həmçinin regionda dayanıqlı inkişaf və ekoloji təhlükəsizliyin təmin edilməsi məsələlərinin müzakirəsi daxildir.