Milli Məclisin deputatı Fariz İsmailzadə Lənkəran Şəhərində növbəti vətəndaş qəbulu keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə iştirak edən yerli sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini deputata çatdırıb.
Fariz İsmailzadə məsələlərin həlli üçün aidiyyəti qurumlarla müraciət edəcəyini bildirib. O, bu görüşlərin vətəndaşlarla sıx ünsiyyət qurmaq, problemlərin həllinə daha effektiv yanaşmaq məqsədi daşıdığını qeyd edib.
Deputat vətəndaşların müraciətlərinə həmişə açıq olduğunu və gələcəkdə bu cür görüşlərin davam etdiriləcəyini vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin sentyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Emin Əmrullayev: Dil bilikləri ilə oxu savadlılığı fərqli sahələrdir, bunları qarışdırmaq olmaz
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib