Çin Xalq Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 25-də Çjetsyan vilayətinin paytaxtı Hancou şəhərindəki Çin Kommunist Partiyası vilayət komitəsinin partiya məktəbində bu ölkənin elmi-texniki nailiyyətləri və inkişaf təcrübəsinə həsr olunmuş seminara qatılıb.
“İki sahil” xəbər verir ki, daha sonra YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov nümayəndə heyətləri rəhbərlərinin Çjetsyan vilayətinin qubernatoru Lyu Cie ilə görüşündə və vilayət rəhbərliyinin adından verilən rəsmi ziyafətdə iştirak edib.
YAP nümayəndə heyəti, həmçinin “ağıllı şəhər” idarəetməsi, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə ən son elmi-texniki yeniliklərə nail olan Dahua Texnologiya şirkətinin mənzil-qərargahını və Syaoquçen kəndini ziyarət edib.
Aprelin 26-da nümayəndə heyətinin vilayətin İu şəhərindəki Beynəlxalq Ticarət Mərkəzi, 27-də isə Hancou Şəhər Planlaşdırılması Muzeyi, Hancou şəhər seyrangahı və Lonqtsin kəndini ziyarəti, eləcə də Sihu gölündə gəzintisi təşkil olunub.
Səfər aprelin 27-də başa çatıb.
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya
Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB/FOTO
Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq