28 aprel 2025 08:00
118

Keçmiş məcburi köçkün: Hər kəs qüdrətimizi, iradəmizi gördü

“Böyük Qayıdışın Xocalı salnaməsi davam etməkdədir. Sevinc, qürur və fəxr hissi ilə keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına, el-obalarına qayıdır. Döyüş meydanında 44 günlük Qələbə sayəsində hər kəs qüdrətimizi, iradəmizi gördü.

“İki sahil” xəbər verir ki, bu sözləri keçmiş məcburi köçkün Səmədov Aftandil söyləyib.

O qeyd edib ki, döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində zabit və əsgərlərimizin qəhrəmanlıqları, döyüş meydanında verilən tapşırıqların dəqiqliyi, həm də cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsinin bariz nümunəsidir. Sevindirici haldır ki, tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan, işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür.

O bildirib ki, sürətli quruculuq işləri bunu deməyə əsas verir ki, Xocalı şəhəri ilə yanaşı bütün Qarabağ qısa müddət ərzində dünyanın böyük turizm potensialına malik regionuna çevriləcək.

Sonda A.Səmədov Allahdan şəhidlərmizə rəhmət, qazilərimizə isə tükənməz iradə və güc arzulayıb.