Azərbaycanın ev sahibliyi etdiyi “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum yalnız danışmaq üçün deyil, həm də dinləmək və yeni məlumatlar öyrənməyə xidmət edir.
“İki sahil” xəbər verir ki, bunu UNDESA-nın İqtisadi və Sosial Məsələlər Departamenti və QHT Şöbəsinin rəisi Wook-Jin Chang aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Qlobal Cənub təşəbbüsü, sadəcə, nəzəri ideya olmaqla kifayətlənməməlidir. “İnkişaf etmiş ölkələr texnologiyalarını və təcrübələrini paylaşmaqla qlobal ədalətin bərqərar olmasına real töhfə verə bilərlər. İcmalar arasında sıx əməkdaşlıq və ictimai bərabərlik bizi daha da güclü və müstəsna tərəfdaş edir.
Forumun yüksək səviyyədə keçiriləcəyinə tam inanıram. Eyni zamanda, perspektivləri öyrənmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün də bu platforma əvəzsiz fürsətdir”, - deyə forum iştirakçısı əlavə edib.
İcraçı direktor: BTQ ilk dəfə xarici dövlətin rəsmi qurumu ilə əməkdaşlıq memorandumu imzalayıb
Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Media dekolonizasiya prosesinin əsas hərəkətverici qüvvələrindən biridir - Abbas Abbasov