Təcrid edilmiş səslərin Qlobal Cənub çərçivəsində ucaldılması olduqca vacibdir. Əsas dəyişikliyin gücü bizim birləşmək qabiliyyətimizdədir. Müxtəlif sektorlar və sahələr arasında əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
“İki sahil” xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, müxtəlif ölkələrin bir araya gəlməsi, iqlim maliyyələşməsi, adaptasiya və birgə həll yolları faydalı və səmərəli tərəqqiyə yol açır. “Bizi 2030-cu ildən cəmi beş il ayırır və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün doğru yoldayıq. Hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin üçdəbiri ya dayandırılıb, ya da geriləyir. Bir çox ölkələr iqlim dəyişikliyi və yoxsulluğun aradan qaldırılması sahəsində ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən dövlət və özəl sektor birlikdə çalışaraq maliyyənin gücləndirilməsi və təşəbbüslərin artırılması üçün daha fəal addımlar atmalıdır”, - deyə Vladanka Andreyeva əlavə edib.
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya
Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB/FOTO
Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq