28 aprel 2025 12:17
146

“SOS” MMC-də “28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü” İlə bağlı tədbir keçirilib - FOTO

“Security Operation Services” MMC-də “28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü” İlə bağlı tədbir keçirilib

“İki sahil” xəbər verir ki,  tədbirdə şirkətin işçiləri, MMC-nin əmkdaşlıq etdiyi dövlət qurumu Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinin nümayəndəsi Mədinə Mirili, ESEN tekstil şirkətinin məsul şəxsi Tünzalə Orucova və YUNİK şirkətinin rəhbəri Coşqun Məmmədov iştirak edib. Yığıncağı giriş sözü ilə açan şirkətin direktoru Anar Məmmədov qonaqları və iclas iştirakçılarını salamlayıb.

Çıxış üçün söz alan DƏMX ƏMM-nin aparıcı mütəxəssisi M.Mirili bildirib ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildə 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilib. Bu günün təsis olunmasının məqsədi istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır. BƏT tərəfindən hər il Ümumdünya Əməyin Mühafizəsi Günü müasir çağırışlardan irəli gələn mövzularda elan olunur. Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Respublikamızda əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunub, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilərək zəngin qanunvericilik bazası yaradılıb. “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, - deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Bununla yanaşı, əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə əmək hüquqlarının təmin olunmasını diqqətdə saxlayır, onun tapşırıqları əsasında əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir, əmək şəraiti yaxşılaşdırılır.

ESEN tekstil şirkətinin məsul şəxsi T.Orucova və YUNİK şirkətinin rəhbəri C.Məmmədov çıxış edərək SOS MMC ilə əməkdaşlıq etməkdən və bu kimi tədbirlərdə şirkət olaraq təmsil olunmaqdan məmnunluq duyduqlarını ifadə ediblər.

Şirkətin rəhbəri A.Məmmədov qeyd edib ki, təsdiq olunmuş illik plan-qrafiki əsasında şirkətdə işçilərin iştirakı ilə müvafiq istiqamətdə tədbirlər, monitorinqlər və görüşlər keçirilir. Bu cür görüşlərin keçirilməsində məqsəd işçilərin sağlamlığına və təhlükəsizliyinə cavab verən əmək şəraitinin yaradılması yolunda müvafiq addımlar atmaqdır. Azərbaycanda hər il Ümumdünya Əməyin Mühafizəsi Günü xüsusi diqqət ayrılan günlər sırasındadır. Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə diqqətinin artırılmasıdır. Daha sonra A.Məmmədov məlumat verərək şirkətdə əməyin təhlükəsizliyi və sağlamlığın idarə edilməsi ilə bağlı konkret iş sahələrinə dair təlimatlar hazırladığını bildirib. Hər bir iş yerində bu təlimatlardan mütləq şəkildə istifadə olunmasının, işçilərin səhhəti, həyatı üçün risklərin qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb. O, qeyd edib ki, MMC-də əməyin mühafizəsi, iş yerlərində əməyin təhlükəsiz idarə edilməsi, sağlamlığın qorunması mexanizminin yaradılması ilə bağlı hüquqi-praktiki maarifləndirmə işləri aparılır, əməkdaşlar mütəmadi olaraq kurslara göndərilməklə bu sahədə bilik səviyyələri artırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, 2024-cü il ərzində şirkətin 5 və 2025-ci ilin bu günki tarixinədək 5, ümumilikdə 10 nəfər əməkdaşı müvafiq kurslara cəlb edilmiş, onlardan ikisi Beynəlxalq NEBOŞ sertifikatı ilə, digərləri isə FHN-nin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda təşkil olunmuş “sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normaları üzrə 30 saatlıq təlim kursu keçərək biliklərini artırmış, sertifikatlar almışdırlar. Şəxsi heyətin bədbəxt hadisələrdən sığortalandığı, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunduğu, əlavə olaraq işçilərlə ilkin, vaxtaşrı və mütəmadi təlimatlandırma işlərinın aparıldığı vurğulanıb.

Daha sonra əməkdaşları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb, yığıncaq iştirakçıları ESEN tekstil və YUNİK şirkətinin xüsusi geyim formaları, texniki vasitələri ilə tanış edilib və mövzu ilə bağlı maarifləndirici videolar nümayiş olunub.