28 aprel 2025 12:29
83

Ramil İskəndərli: Azərbaycanın Qlobal Cənubun səsini dünyaya çatdırmaq uğrunda atdığı addımlar qürurvericidir

Azərbaycanın Qlobal Cənubun səsini dünyaya çatdırmaq uğrunda atdığı addımlar olduqca qürurvericidir. Çünki hazırda hər kəs dünyada baş verən mühüm dəyişikliklərin canlı şahididir.

“İki sahil” xəbər verir ki, bu fikri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Formunun əsas məqsədi, qlobal arenada öz səsimizi daha güclü şəkildə eşitdirmək və bizi narahat edən məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

“Qlobal Cənub anlayışı yalnız coğrafi bir ifadə deyil. Bu anlayış eyni çətinlikləri, eyni problemləri yaşayan, ortaq mədəniyyəti, dili və dini paylaşan xalqları birləşdirir. Ədalətsizlik və müstəmləkəçiliklə dolu tarixi keçmişə sahib olan ölkələr olaraq, bir araya gəlməli, öz problemlərimizi və haqlı tələblərimizi ictimai platformalarda açıq şəkildə ifadə etməliyik. Bu Forum yalnız müzakirə məkanı deyil, həm də böyük imkanlar platformasıdır. Burada bərabərlik, həmrəylik və ədalət uğrunda birləşən insanları bir araya gətirmişik. Bu, sözün əsl mənasında tarixi məqamdır”, - deyə Ramil İskəndərli vurğulayıb.