28 aprel 2025 13:27
83

Azərbaycan-Çin əməkdaşlığı "yaşıl gələcəy"in qurulmasına əhəmiyyətli töhfə verəcək

Azərbaycan və Çin arasında əməkdaşlıq daha təmiz və yaşıl gələcəyin qurulmasına əhəmiyyətli töhfə verəcək.

“İki sahil” xəbər verir ki, bunu Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün baş katibinin müavini Renyin Li Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində panel müzakirəsində bildirib.

R.Li Prezident İlham Əliyevin Çinə son səfərinin əhəmiyyətini vurğulayaraq, ölkələr arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğunu qeyd edib.

"Ölkələrimiz daim bir-birini dəstəkləyir, bu, özünü inkişaf və dayanıqlılıq sahəsində ümumi məqsədlərə nail olunmasında da göstərir. Azərbaycan-Çin strateji tərəfdaşlığı hörmət, bərabərlik və daha ədalətli dünya qurmaq üçün ümumi öhdəliyə əsaslanır. Biz həmçinin birlikdə digər ölkələri iqlim dəyişiklikləri ilə mübarizəni dəstəkləməyə və beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməyə çağırırıq. İnkişaf etməkdə olan ölkələrə zəruri maliyyə, texnoloji və institusional dəstəyin göstərilməsinə xüsusi diqqət yetirilir", - o vurğulayıb.