Cənubi Qafqaz daim dəyişikliklərdən keçir. Günümüzdə bu region güclü və ilhamverici bir sülh prosesinə doğru irəliləyir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Universitetinin (UPEACE) Vyana və Cenevrədəki BMT ofisləri yanında səfiri David Fernandez Puyana aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.
Səfir qeyd edib ki, Qlobal Cənub və Qlobal Şimalın qovuşuğunda yerləşir Azərbaycan həmrəyliyin və əməkdaşlığın həyata keçirilməsində öncül rol oynayır.
O, əziyyət çəkən insanların, xüsusilə məcburi köçkün və qaçqınların vəziyyətinə diqqət yetirməyin vacibliyini vurğulayıb. Bildirib ki, onların mühafizəyə ehtiyacı var.
David Fernandez Puyana əlavə edib ki, bu gün dünyada münaqişələr və iqlim dəyişmələri nəticəsində 123 milyon insan öz evlərindən didərgin düşüb. Sülh isə ən dayanıqlı həll yoludur.
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya
Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB/FOTO
Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq