“Biz artıq Ballıcada gözəl günlər yaşayacağıq”.
“İki sahil” xəbər verir ki, bunu Xocalı rayonunun Ballıca kəndinə bu gün köç edən keçmiş məcburi köçkün Zəfər Məmmədov deyib.
“Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız şücaət göstərərək döyüş meydanında düşməni məğlub edib. Qalan ömrümü də doğma elimdə keçirmək istəyirəm. Allahdan arzum bu böyük qayıdışı gözləyən digər keçmiş məcburi köçkünlər də yaşasın”, - deyə Ballıca kənd sakini bildirib.
Sakin Prezidentə minnətdarlığını ifadə edərək şəhidlərimizə rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyib.