29 aprel 2025 11:21
89

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Aprelin 28-də qanunsuz saxlanılan silah-sursat aşkar olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 5 qumbara, 5 tüfəng, 9 patron darağı və 646 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.