Əlahiddə Ümumqoşun Orduda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilib.
Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilib. Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığnın artırılması, atəş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları icra edilib.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib