29 aprel 2025 13:51
132

YAP Nizami rayon təşkilatında buraxılış imtahanında 300 bal toplayan abituriyentlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Dövlət İmtahan Mərkəzinin 02 mart 2025-ci il tarixində keçirdiyi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 300 bal toplayan 272 saylı məktəbin şagirdi Nurməmmədli Sona və 289 saylı orta məktəbin (Zəngi liseyi) şagirdi Nuray Bayramova ilə görüş keçirilib.

Görüşdə bildirilib ki, bu il keçirilmiş buraxılış imtahanlarında maksimum nəticəni göstərən - 300 bal toplayan abituriyentlərin ölkə üzrə sayı 43 nəfərdir. Onlardan 2 nəfəri isə Bakı şəhəri, Nizami rayonunun məktəblərinin yetirmələridir.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov abituriyentlərə uğurlar və qarşıdakı növbəti imtahan mərhələsində də ən yüksək nəticəni əldə etməyi arzu edib.

Məktəblərin rəhbərlikləri, abituriyentlər və onların valideynləri də öz növbələrində yaradılan təhsil şəraitinə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonra həm abituriyentlərə, həm də məktəblərin kollektivinə təşəkkür edilib, hədiyyələr təqdim olunub.

Zamin Məmmədov, "İki sahil"