30 aprel 2025 16:37
112

7-ci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin NƏZƏRİNƏ!

Qrant müsabiqəsi barədə KOB subyektlərinin məlumatlandırılması və suallarının cavablandırılması üçün onlayn tədbir keçiriləcək.

“İki sahil” xəbər verir ki, mayın 5-də, saat 15:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək üçün elan edilmiş 7-ci qrant müsabiqəsinə dair onlayn formatda məlumatlandırıcı tədbir keçiriləcək.

Tədbirin təşkilində məqsəd 7-ci qrant müsabiqəsinin şərtləri, lazım olan sənədlər, müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi və müsabiqə barədə KOB subyektlərini maraqlandıran sualların cavablandırılması və onları məlumatlandırmaqdır.

KOB subyektləri aşağıdakı linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər:

https://us06web.zoom.us/j/85982147559?pwd=pGCsDNyV6ORED4YWWxuoW5dpglxvfH.1

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar onların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinə sənəd qəbulu davam edir və 14 may 2025-ci il saat 18:00-da başa çatacaq. Müsabiqəyə sənəd qəbulu elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət formasında həyata keçirilir. Qrant müsabiqəsində hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir.