Azərbaycan və İtaliya arasında ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə videkonfrans formatında keçirilən görüşündə baş tutub.
Görüşdə İtaliya ilə dostluğa və strateji tərəfdaşlığa əsaslanan iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. Bir çox İtaliya şirkətlərinin ölkəmizdə sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. İqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.
Tərəflər ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın artırılması, biznes subyektlərinin işbirliyi və qarşılıqlı investisiya layihələri barədə fikir mübadiləsi aparıblar.
Azərbaycanın istehsal, investisiya, logistika üzrə regional platformaya çevrilməsini istəyirik
Mikayıl Cabbarov: 2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb
Suriya iqtisadiyyatını qlobal iqtisadi sistemə yenidən inteqrasiya etməyə çalışır