Azərbaycan və Xorvatiya arasında mərzçəkmə sahəsində təcrübə mübadiləsi aparılıb.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurumla Xorvatiyanın Dövlət Geodeziya İdarəsi arasında videokonfrans formatında görüş keçirilib.
Görüşdə torpaqların idarə edilməsi, onların təyinatı üzrə istifadəsi, innovativ əmlak idarəetmə həlləri üzrə göstərilən elektron xidmətlər və bu sahədə tətbiq olunan yeniliklər, məkan vahidlərinin reyestri, mərzçəkmə sahəsində təcrübə mübadiləsi aparılıb.
Tərəflər milli məkan məlumatları infrastrukturunun qurulması, Coğrafi İnformasiya Sistemi məlumatlarının və torpaqların idarə edilməsi, geodeziya və kadastr sahəsində ikitərəfli əməkdaşlıq təkliflərini nəzərdən keçiriblər.
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb