İsrail Suriyanın paytaxtı Dəməşq şəhərində prezident sarayının yaxınlığındakı hədəfə hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Times of Israel” İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə yaydığı bəyanata istinadən məlumat yayıb.
Qəzet bəyanatdan sitat gətirib: “Bu, Suriya rejiminə açıq siqnaldır. Biz Dəməşqin cənubuna qoşun göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə icazə verməyəcəyik”.