02 may 2025 08:23
133

"WhatsApp"da ilk yaşandı

2025-ci ilin aprelində "WhatsApp" tətbiqindən üç milyarddan çox insan istifadə edib. Bu göstərici ilə mesencer tarixdə üç milyard istifadəçi həddini keçən bir neçə tətbiqdən biri olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Techcrunch" məlumat yayıb.

"WhatsApp" hazırda aktiv istifadəçilərin sayına görə "Facebook"la eyni sırada qərarlaşıb.

Xatırladaq ki, "WhatsApp" 2009-cu ildə istifadəyə verilib və 2014-cü ildə "Facebook" tərəfindən 19 milyard dollara satın alınıb.

10 il ərzində servisin auditoriyası 15 dəfə artıb. Satın alındıqdan sonra istifadəçilərin sayı 200 milyondan üç milyarda yüksəlib.