Martda Ukraynanın dövlət və zəmanətli borcu 2,6 milyard dollar artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın “Ekonomichna Pravda” nəşri ölkənin Maliyyə Nazirliyinin hesabatlarına istinadən məlumat yayıb.
Martın 31-nə Ukraynanın dövlət borcu 7,123 trilyon qrivnadan çox və ya Ukrayna Milli Bankının məzənnəsi ilə 171,73 milyard dollar təşkil edib.
Qeyd olunub ki, bu il ölkənin ümumi dövlət borcu ÜDM-in 110%-nə qədər arta bilər