02 may 2025 10:18
145

I Liqa: "Qəbələ" "Karvan"la, "İmişli" "Qaradağ Lökbatan"la üz-üzə

Bu gün Azərbaycan 1-ci liqasında 24-cü tur yekunlaşacaq.

“İki sahil” xəbər verir ki, 2-ci - sonuncu oyun günündə 3 matç keçiriləcək. 

2-ci yerdəki "İmişli" autsayder "Qaradağ Lökbatan"ı qəbul edəcək. 5-ci pillədəki "Zaqatala" 6-cı sradakı MOİK-lə üz-üzə gələcək. Turun mərkəzi oyunu isə Yevlaxda olacaq. Burada 3-cü yerdəki "Karvan" lider "Qəbələ" ilə qarşılaşacaq.

Qeyd edək ki, 1-ci liqada "Qəbələ" artıq çempionluğu, "Karvan" və "İmişli" Premyer Liqaya vəsiqəni təmin ediblər.

1-ci liqa,

24-cü tur

2 may (cümə) 

17:00. “İmişli” – “Qaradağ Lökbatan” 

Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Sənan Bayramzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu

17:00. “Zaqatala” – MOİK 

Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Anar Bədəlov, Əkbər Əhmədov

Zaqatala OİK stadionu

17:00. “Karvan” – “Qəbələ” 

Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, Niyaz Əhmədov

Yevlax şəhər stadionu

1 may (cümə axşamı)

“Cəbrayıl” 2–1 “Bakı Sportinq”

“Difai” 1–4 “Mingəçevir”