Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniyadakı “Richborough” enerji parkına səfər edib və Azərbaycanda “yaşıl enerji” potensialını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Britaniya şirkəti “Pacificgreen” tərəfindən təşkil edilmiş “Richborough” enerji parkına səfər zamanı Pərviz Şahbazov Böyük Britaniya-Belçika şəbəkələrarası bağlantı, həmçinin Mərakeş - Böyük Britaniya enerji əlaqəsinin qurulması üzrə “XLinks” layihəsi (Xlinks Morocco-UK Power Project) ilə tanış olub. Bununla yanaşı, Azərbaycanın “yaşıl enerji” potensialı və bu istiqamətdə mümkün gələcək əməkdaşlıq öyrənilib", - paylaşımda bildirilib.
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb