Azərbaycan avarçəkəni Əlimurad Hacızadə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2025" beynəlxalq reqatasında qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, 2009-cu il təvəllüdlü idmançı Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turnirdə birnəfərlik kayak qayığında 1000 metr məsafəni hamıdan tez qət edib.
Qeyd edək ki, Azərbaycan avarçəkənləri daha əvvəl 3-ü gümüş, 5-i bürünc olmaqla ümumilikdə 8 mükafata yiyələniblər. Reqataya bu gün yekun vurulacaq.