Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.
“İki sahil” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son bir ayda paytaxt və regionlarda 722 nəfər işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində aktivlərlə təmin olunub.
Mal və materiallar formasında verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.
Proqrama cəlb edilənlər üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə edilməsi üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.