Bu gün gecə saat 2 radələrində Zəyəm-Dəllər sahəsində 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirib ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.
ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.
İsmail Serageldin: Xəzər hövzəsini bölüşən 5 ölkənin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın əməkdaşlığı zəruridir
Sadiq Qurbanov: Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu kimi yeni bir institutun yaradılmasına ehtiyac var
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib