UNESCO Monteneqronun Kotor körfəzində hazırda “Verige 65” adı ilə turizm obyekti kimi istifadə olunan tarixi binanın Ümumdünya İrs Siyahısına salınmasını istəyir.
“İki sahil” xəbər verir ki, UNESCO tezliklə obyektlə bağlı tövsiyələrdən ibarət hesabat hazırlayacaq. Bu sənəd baxılmaq üçün Monteneqro hökumətinə göndəriləcək.
Qeyd edək ki, Ümumdünya İrs Mərkəzinin və Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndələrindən ibarət məsləhət missiyası fevralın sonunda Kotorda olub. Onlar Monteneqro qurumlarının Kotorun təbii və mədəni-tarixi ərazisinin idarə olunması və qorunması prosesində qarşılaşdıqları əsas problemləri müəyyən ediblər.