04 may 2025 00:23
123

Niderlandın aviaşirkəti texniki nasazlıqlara görə "Boeing 787"in reyslərini ləğv edib

Niderlandın KLM aviaşirkəti yanacaq doldurulmasında istifadə edilən hissələrdə texniki nasazlıqlar səbəbindən "Boeing 787" təyyarələrində bəzi reysləri ləğv edib.

“İki sahil” xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.

Məlumata görə, şənbə günü Mexiko, Çikaqo və Portlendə üç "Boeing 787" reysi ləğv edilib. Çikaqo və Portlendə uçuşlar mayın 3-də digər təyyarələrdə gecikmələrlə yerinə yetiriləcək. Mexikoya gedən sərnişinlər bazar günü uça biləcəklər. Digər reyslərin ləğvi istisna olunmur.

Qeyd olunur ki, texniki problemlər təyyarəyə keyfiyyətsiz texniki xidmət göstərilməsi ilə bağlıdır: “Boeing-787”nin yoxlanılması protokolunun əvəzinə “Boeing-777” üçün nəzərdə tutulan prosedur həyata keçirilib.

"Bu hissə "Boeing 777"dəki ilə eyni olsa da, 787 modellərinə fərqli təlimatlar tətbiq olunur", - aviaşirkətin sözçüsü izah edib. Onun sözlərinə görə, bunun fonunda KLM yaxın vaxtlarda müvafiq protokola uyğun olaraq təyyarəyə yenidən texniki xidmət göstərəcək.

KLM-in donanması 228 təyyarədən ibarətdir. Onlardan 24-ü "Boeing 787"dir.