Avtomat hidroloji stansiyaların mayın 03-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərədə 22 sm, Əyriçay-Ağyazı və Vəlvələçay-Afurcada 16 sm, Qusarçay-Kuzunda 7 sm, Qudiyalçay-Qımılda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Gəncəçay-Zurnabadda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 11 sm, Tərtərçay-Vəngdə 8 sm, Bərgüşadçay-Əliquluuşağıda 6 sm, Quruçay-Böyük Tağlarda 2 sm artım qeydə alınıb.