03 may 2025 10:23
123

Yavlinski: ABŞ öz mənfəəti üçün hərəkət edir

ABŞ yalnız özünə faydalı olanı edir, ona görə də Rusiya başqa ölkələrin qərarlarını rəhbər tutmadan, yalnız öz maraqlarından çıxış etməlidir.

İki sahil” xəbər verir ki, bunu TASS-a “500 gün” proqramının həmmüəllifi, rusiyalı iqtisadçı və siyasətçi, “Yabloko” partiyasının yaradıcısı Qriqori Yavlinski deyib.

Onun sözlərinə görə, hər bir ölkə öz milli maraqlarına əməl etməlidir: "Mənim mövqeyim ondan ibarətdir ki, mənim ölkəm və onun vətəndaşları bizim nə istədiyimizi və nə etməli olduğumuzu bilməlidirlər, başqa yerlərdə qəbul edilən qərarlara etibar etməməlidirlər. Başqa ölkələrin qəbul etdiyi bütün qərarlar bizə qarşı yönəlməyib, onlar sadəcə özlərinə məxsus şəkildə yaşayırlar və biz də öz yolumuzu yaşamalıyıq”.

Yavlinski həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya hörmət edir və onu güclü oyunçu hesab edir: "Tramp Rusiyaya hörmət edir ki, biz ABŞ üçün güclü oyunçuyuq. O, Rusiyanı tanıyır, ancaq bir oyunçu kimi".

Məhərrəm Ağalaroğlu, “İki sahil”