03 may 2025 22:36
201

"The Times of Israel": Netanyahu Azərbaycana səfərini təxirə salıb

İsrailin Baş naziri Benyamin Netanyahu regionda baş verən hadisələrlə əlaqədar olaraq mayın 7-dən 11-nə planlaşdırılan Azərbaycana səfərini təxirə salmaq qərarına gəlib.

İki sahil” "The Times of Israel"ə istinadla xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Qəzza zolağında və Suriyada baş verən hadisələr fonunda, həmçinin sıx siyasi və təhlükəsizlik qrafikinə görə Baş nazir Netanyahu Azərbaycana səfərini daha sonrakı tarixə təxirə salmaq qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasındakı isti münasibətləri yüksək qiymətləndirir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”