Donald Trampın administrasiyası Rumıniya ilə ABŞ arasında olan vizasız rejimi ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər ABŞ Daxili Təhlüksəzilik Nazirliyinə istinadən məlumat yayıb.
“Rumıniya 2025-ci il yanvarın 9-da siyahıya daxil edilsə də, bu qərar 2025-ci il mayın 2-də ləğv olunana qədər qüvvəyə minməyib,” – qurumdan bildirilib.
Məlumata görə, yeni qaydalar təxminən martın 31-də qüvvəyə minməli idi, lakin Daxili Təhlükəsizlik Nazirliyi proqramın icrasını dayandıraraq yoxlama aparmağa qərar verib. Yoxlamanın nəticələrinə əsasən, sərhəd və miqrasiya təhlükəsizliyinin təmin olunması məqsədilə proqramın ləğv olunması barədə qərar qəbul edilib.
Qeyd edilir ki, sözügedən ölkə ilə vizasız rejim barədə müqavilə Trampın sələfi, keçmiş prezident Co Baydenin administrasiyası tərəfindən bağlanmışdı.