Hakkarinin (Türkiyə) Yüksekova rayonunda işçiləri daşıyan mikroavtobus dərəyə aşıb.
“İki sahil” DHA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Qəza yerli vaxtla saat 05:30 radələrində Yüksekovadan təxminən 30 kilometr aralıda, Gürkavak kəndinin Cevizli mezrasında baş verib.
Yaralılar təcili yardımla Yüksekova Dövlət Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”