03 may 2025 15:15
151

Türkiyəli nazir: Türk dünyasının texnologiya sahəsində tam müstəqilliyi üçün çalışırıq

Türk dövlətlərinin birliyi onların texnologiya sahəsində müstəqilliklərini də gücləndirəcək.

“İki sahil” xəbər verir ki, bunu “Report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"Şimali Kipr Türk Respublikasından Azərbaycana salam göndəririk. Biz 9 “Technofest”i Türkiyədə, birini isə Azərbaycanın paytaxtı Bakıda keçirmişdik. İndi isə Şimali Kipr Türk Respublikasında təşkil edirik. Biz birlikdə türk dünyasının texnologiya sahəsində tam müstəqilliyi üçün çalışırıq”, - nazir vurğualyıb.

Nazir bildirib ki, birlikdə olduqda texnoloji müstəqilliyimiz daha güclü olacaq: “Bununla millətimiz, ölkələrimiz çox daha qüvvətli olacaq. Bu yolda hamı ilə birlikdə davam etmək istəyirik".