Misli Premyer Liqasının 33-cü turunda “Şamaxı” “Səbail”i qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 33-cü dəqiqəsində Alfons Msanqa hesabı açıb. 67-ci dəqiqədə isə Rüfət Abullazadə penaltini dəqiq yerinə yetirərək bərabərlik qolunu vurub - 1-1.
Yarış bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
33-cü tur
3 may
17:00. “Şamaxı” 1-1 “Səbail”
Qollar: Alfons Msanqa, 33 (1:0), Rüfət Abullazadə, 67 - pen. (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”