ABŞ-nin qərbində yerləşən Texas ştatında 5,4 maqnitudada zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələ UTC vaxtı ilə saat 01:47-də (Bakı vaxtı ilə saat 05:47) 115 min nəfərdən çox əhalisi olan Odessa şəhərindən 185 kilometr qərbdə baş verib.
Zəlzələ ocağı səkkiz kilometr dərinlikdə yerləşib.
Mümkün tələfat və dağıntılar barədə hələ məlumat yoxdur.