Azərbaycanda səfərdə olan Mərakeş Krallığının şahzadəsi Laila Hasnaa Xalça Festivalının fəxri qonağı qismində İçərişəhərdə olub.
“İki sahil” xəbər verir ki, şahzadəyə Qoşa Qala meydanında Beynəlxalq Xalça Festivalında sərgilənən xalçalar barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Tarixən məşhur olan Azərbaycan xalçaları dünya mədəniyyətinə və mədəni irsinə böyük təsir göstərməklə yanaşı, bu gün də tanınmış muzeylərdə nümayiş olunur.
Qeyd edək ki, festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub