05 may 2025 09:35
116

Tikinti sənayesində inqilab: Sement əvəzinə göbələk kərpic

ABŞ-ın Montana ştatında tədqiqatçılar göbələklər tərəfindən yerin altında əmələ gələn kökə bənzər strukturlar olan miselyumdan istifadə edərək canlı, özünü təmir edən tikinti materialı hazırlayıblar. Çevik və süngər quruluşuna baxmayaraq, bu material sərtləşir və yükgötürmə qabiliyyətinə malik olur.

İki sahil” xəbər verir ki, tədqiqat rəhbəri Dr. Çelsi Heveran bildirib ki, bu kəşf ətraf mühitə zərər verən sementi əvəz edə biləcək bioloji tikinti materialının hazırlanması istiqamətində mühüm addımdır. Məlumdur ki, sement istehsalı hər il 4 milyard tondan artıqdır və qlobal karbon emissiyasının 8 faizini təşkil edir.

Tədqiqatçılar miselyuma kalsium karbonat istehsal edə bilən bakteriyalar əlavə ediblər. Bu prosesdə bakteriyalar miselyumu sümük quruluşuna çevrilib. Beləliklə, davamlı, uzunmüddətli və canlı tikinti materialı əldə edilib.

Bu yeni yaradılmış “canlı” material dörd həftəyə qədər bakteriyaları aktiv saxlaya bilir. Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu strukturlar havanın keyfiyyətini hiss edə və ya çatları özləri düzəldə bilər.

Bu ixtira həyəcan verici olsa da, ekspertlər bunun hələ də kiçik miqyaslı bir təcrübə olduğunu və geniş miqyaslı tikintidə istifadə edilməzdən əvvəl daha çox sınaqdan keçmək lazım olduğunu deyirlər.

Alimlər hesab edirlər ki, bu cür tikinti materialları xüsusilə fəlakət zonalarında və ya kosmosda infrastrukturun qurulması üçün ideal ola bilər. Çünki bu materialları sement daşımaq əvəzinə yerində istehsal etmək olar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”