05 may 2025 10:58
105

Braziliyadan Ançelottiyə hansı məbləğ təklif edilib?

"Real"dan ayrılmağa hazırlaşan Karlo Ançelottinin Braziliya millisi ilə mümkün müqaviləsinin maliyyə şərtləri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası (CBF) ilə ilkin razılaşmasına əsasən, aylıq 625 min avro qazanacaq. Bundan əlavə, Braziliya millisinin 2026-cı il dünya çempionatının qalibi olacağı təqdirdə mütəxəssis 5 milyon avro mükafat da alacaq.

Müqaviləyə həmçinin bəzi üstünlüklər daxildir. Bunlardan biri də məşqçinin bir neçə dəfə Avropaya səyahət etməsi üçün şəxsi təyyarə ayrılmasıdır. İtaliyalı mütəxəssis 14 ay -  yəni, dünya çempionatının sonuna kimi komandaya rəhbərlik etməli olacaq. Müqaviləyə Braziliya millisi ilə “Real” arasında yoldaşlıq oyununun təşkili də daxildir.