Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edib.
“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 266,2 milyon və yaxud 4 % çoxdur.
Vergi daxilolmaları proqnozdan 6,1 % çox icra edilib.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 4 ay ərzində həmin məbləğin 44,7 %-i təmin olunub.