06 may 2025 12:34
98

Merz kansler seçilmək üçün lazımi sayda səs toplaya bilmədi - SON DƏQİQƏ

Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Almaniya kansleri seçilmək üçün lazımi səsləri toplaya bilməyib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə parlamentin spikeri Yuliya Kloekner bildirib.

Merzin lehinə 310 deputatın səs verdiyi, lazımi səs sayının isə 316 olduğu qeyd edilir.

ZDF daha əvvəl bildirmişdi ki, almanların 40%-dən az hissəsi Merzin kanslerliyə namizədliyini dəstəkləyir.