06 may 2025 11:53
97

Çin XİN MKİ-nin videolarını “açıq siyasi təxribat” adlandırdı

Çin Xarici İşlər Nazirliyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesablarında Çin vətəndaşlarını kəşfiyyat qurumunun məlumatçısı olmağa çağıran mesajlara münasibət bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyi bu videonu Pekinə qarşı “şiddətli böhtan hücumu” və “açıq siyasi təxribat” adlandırıb.

Çin dilində olan videolar ötən həftə Mərkəzi Kəşfiyyat İdarəsinin YouTube, Facebook və X hesablarında yerləşdirilib. Onlara giriş materik Çində bağlanıb.

Videoları müşayiət edən alt yazılar Çin rəsmilərindən milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edə biləcək məlumatlara sahib olduqları təqdirdə CIA ilə əlaqə saxlamalarını xahiş edir.