06 may 2025 15:37
105

Neftin qiymətinin aşağı düşməsi Rusiyanı Ukrayna münaqişəsini həll etməyə sövq edə biləcəkmi? - AÇIQLAMA

Ölkənin milli maraqları neftin qlobal qiymətindəki hər hansı dalğalanmalardan üstündür.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

O, ABŞ prezidenti Donald Trampın neftin qiymətinin aşağı düşməsinin Rusiyanı Ukrayna münaqişəsini həll etməyə sövq edə biləcəyi ilə bağlı sözlərini belə şərh edib.

"Neft qiymətləri büdcənin formalaşması və iqtisadiyyat üçün mühüm amildir və bu, aktual olaraq qalır. Amma istənilən halda, Rusiyanın milli maraqları hər şeydən, neft qiymətlərindən üstündür", - deyə, Peskov vurğulayıb.

Qeyd edək ki, OPEC+ may və iyun aylarında neft hasilatını sutkada 411 min barel artırmaqla bağlı son qərarı Brent markalı neftin aprel ayında ikinci dəfə 60 dollar/bareldən aşağı düşməsinə səbəb olub. Goldman Sachs ekspertləri artıq 2025-ci və 2026-cı illərin qalan hissəsi üçün neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıblar. Rusiya Maliyyə Nazirliyi 2025-ci il büdcəsinin proqnozlaşdırılan neft və qaz gəlirlərini 2,6 trilyon rubl azaldıb ki, bu da büdcə qaydasındakı dəyişikliklərə və neftin baza qiymətinin 50 dollara endirilməsi ilə bağlı müzakirələrə uyğundur.