06 may 2025 15:53
114

Rusiya və Ukrayna əsir hərbçiləri mübadilə ediblər

205 rusiyalı hərbçi Ukrayna əsirliyindən qayıdıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya və Ukrayna “205-ə 205” formatında mübadilə həyata keçirib. Mübadilədə vasitəçi qismində Birləşmiş Ərəb Əmirlikləri çıxış edib.

Nazirlik Rusiya hərbçilərinin Belarus ərazisində olmasına aydınlıq gətirib. Orada onlara psixoloji və tibbi yardım göstərilir, həm də yaxınları ilə əlaqə saxlaya biləcəklər.

Hərbçilər Rusiyaya aparılacaq, orada Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya kurslarından keçəcəklər.