“İki sahil” xəbər verir ki, Anar Məmmədov işğal olunmuş Qarabağ torpaqlarının azad olunması uğrunda zaman-zaman canından keçmiş Nicat kimi igid oğulların döyüş yolundan, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, ötən ilin sentyabr ayının 19-da aparılan lokal xarakterli antiterror əməliyyatlarından danışıb, ölkə rəhbərinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazlərə göstərdiyi diqqət və qayğını dilə gətirib. Nicat kimi oğul böyütdükləri üçün valideynlərinə təşəkkür edib, şəhid analarının qarşısında baş əydiyini bildirib.
Şəhid Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.