2024-cü ildə Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından əldə etdiyi gəlirləri 4 milyard 756,4 milyon manat təşkil edib.
Bu barədə “İki sahil"ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu da 2023-cü illə müqayisədə 31,2 % çoxdur.
Eyni zamanda, yük daşımalarından əldə edilən gəlir 2 milyard 657,35 milyon manat (+23,5 %) təşkil edib. Bunun da 2 milyard 655,893 milyon manatı beynəlxalq reyslərin payına düşüb. Daxili daşımalardan əldə olunan gəlir isə 1,3 % azalaraq 1,457 milyon manat olub.
Sərnişin aviadaşımaları 2 milyard 99 milyon manat gəlir gətirib ki, bu da əvvəlki illə müqayisədə 42,4 % çoxdur. Bu məbləğin 2 milyard 39,555 milyon manatını beynəlxalq reyslər, 59,445 milyon manatını isə daxili reyslər təmin edib.
Ötən ildə hava nəqliyyatı ilə 418,8 min ton yük (+17,2 %) və 4,04 milyon sərnişin (+38,9 %) daşınıb.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir