Moskva vilayətinin Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti xəbər yayıb.
"Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib", - Rosaviasiyanın mətbuat katibi Artem Korenyako Telegram kanalında yazıb.
Mayın 7-də səhər saatlarında Şeremetyevo və Vnukovo hava limanlarında müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.