10 may 2025 15:22
91

Rusiyada limon apreldə 60 %-ə yaxın bahalaşıb

Bu ilin aprel ayılnda Rusiyada limonun pərakəndə satış qiyməti 56,7 % artıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" yazıb.

Nəşrin məlumatına görə, ötən ay paytaxt Moskvada limonun 1 kiloqramının qiyməti 161,1 rubladan (təxminən 2 ABŞ dolları) 252,4 rubla (təxminən 3 ABŞ dolları) yüksəlib.

Qeyd olunur ki, hər il apreldə limon bahalaşsa da, builli qiymət artımı görünməmiş həddə olub.