Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Xanbalayev Murad Tahir oğlu idarə etdiyi “Mercedes” avtomobili ilə hərəkətdə olarkən piyada, 1994-cü il təvəllüdlü Xudiyev Sadiq Qəfər oğlunu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində keçinib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
“Report”