10 may 2025 23:23
101

Gəncədə iki avtomobil toqquşub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

“İki sahil” xəbər verir ki, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində, 1973-cü il təvəllüdlü L.İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.