Xarkov vilayətinin Baranivka kəndində Rusiyaya məxsus pilotsuz uçan aparat avtomobili vurub, nəticədə evli cütlük xəsarət alıb.
“İki sahil” “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğu “Telegram” səhifəsində yazıb.
"Saat 16:00 radələrində Rusiya qüvvələri Baranivkada pilotsuz təyyarə ilə avtomobili hədəfə alıblar. Avtomobilə ziyan dəyib, ər-arvad - 53 yaşlı kişi və 54 yaşlı qadın xəsarət alıb. Hazırda onlara tibbi yardım göstərilir", - prokurorluq bildirib.
Rəsmilərin məlumatına görə, bu gün Rusiyanın hücumları nəticəsində Xarkov vilayətində ümumilikdə 5 mülki şəxs yaralanıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”